
Sədrin müşaviri - katib
Mənsurova Renata Camal qızı
1976: anadan olmuşdur.
Təhsil
1994-2023: Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsində bakalavr və magistr təhsili almışdır.
Fəaliyyəti ərzində ISO 9001 keyfiyyət idarəetmə sistemi üzrə beynəlxalq standartlara yiyələnmişdir.
2004-2011: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzində və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində müxtəlif vəzifələrdə çalışmışdır.
2011-2014: “Konnekt” MMC-də İnsan resursları şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2014-2022: Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır.
2022-2023: Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri vəzifəsində çalışmışdır.
2023-2024: Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2024: Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində sədrin müşaviri – katib vəzifəsində çalışır.
Ailəlidir, 1 övladı var.