“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
Rəhbərlik

Sədr

Əliyev Şəfahət Müzəffər oğlu

Doğum tarixi

1973: anadan olmuşdur.


Təhsil

1991–1996: Bakı Slavyan Universitetində təhsil almışdır.

2016–2020: Doktoranturada təhsil almışdır.

Karyera

1997–1999: S.Qasımov adına Çiçəkli kənd orta məktəbində müəllim işləmişdir.

1999–2003: “Asiya-Fakt” İnformasiya Agentliyində çalışmışdır.

2003–2004: “AzTV” Mədəniyyət şöbəsində redaktor vəzifəsində işləmişdir.

2004–2005: “Respublika” qəzetində xüsusi müxbir işləmişdir.

2006–2009: “Yeni Avrasiya” ictimai-siyasi qəzetində baş redaktor işləmişdir.

2009–2012: “Asiya-Fakt” İnformasiya Agentliyində baş direktor vəzifəsində çalışmışdır.

2012–2014: Bakı Avrasiya Universitetində rektor köməkçisi işləmişdir.

2014–2017: Bakı Avrasiya Universitetində İctimaiyyətlə əlaqə və daxili nəzarət şöbəsinin müdiri işləmişdir.

2017–2024: Bakı Avrasiya Universitetində rektorun köməkçisi – Mətbuat xidmətinin rəhbəri işləmişdir.

2024: Bakı Avrasiya Universitetində rektorun müşaviri (ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə) işləmişdir.

2024: Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bakı Avrasiya Universiteti Komitə üzvlərinin səsverməsi ilə sədr seçilmişdir.


Dövri mətbuatda Şəfayət Avılbəyli imzası ilə çoxsaylı publisistik və ictimai-siyasi məqalələri dərc olunmuşdur.

Mətbuatdakı səmərəli fəaliyyətinə görə “İlin ən aktiv media piar-meneceri mükafatı”, “Xəzər Milli Media Mükafatı”, “Peşəkar jurnalist”, “Araşdırmaçı jurnalist” və H.B.Zərdabi mükafatı fəxri diplomlarına layiq görülmüşdür.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür və CASFEN – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin Orta Asiya üzrə təmsilçisidir.

2024: “Müasir poeziyada köç və işğal probleminin əksi Qərbi azərbaycanlı qaçqınların yaradıcılığı əsasında” mövzusu üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. 14 elmi məqalənin müəllifidir.


Tədqiqat sahələri

Azərbaycan ədəbiyyatı.

Qərbi Azərbaycan ədəbiyyatında köç və işğal.

Müasir mətbuatın problemləri və yeni modellər.

Qərbi Azərbaycan şairlərinin (qaçqın) yaradıcılığı.

Qərbi Azərbaycan toponimləri.


Tədris etdiyi fənlər

Dünya ədəbiyyatı.

Azərbaycan ədəbiyyatı.

Türk xalqları ədəbiyyatı.


Xarici dillər

Rus dili.

Türk dili.


Ailəlidir, 2 övladı var.